Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.
Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.
N. Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-da olacaq.
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Bizim.Media