“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.
Bizim.Media xəbər verir ki, bu mərhələdən sonra futbolçunun viza alması üçün heç bir əngəl qalmayıb.
Yaxın günlərdə o, ABŞ vizasını alıb adıçəkilən ölkəyə yollanacaq.
Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb.
Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə
getməyini təxirə salmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media