Bu gün Yüksək Liqada 13-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, ilk matçda lider “Neftçi” orta pillələrdə yer alan “Şuşa”nı qəbul edib. Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb.
“Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Turun son oyununda isə "Baku Fire" gənclər yığmasına qalib gəlib.
5 mart (Cümə axşamı)
12:30. "Neftçi İK" – "Şuşa" (7:0) 14:0
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov
Qollar: Allef Maiolli, 0:34, Nihad İsmayılov, 2:43, 20:58, Markus Vinisius, 7:18, 36:36, Leonildo Rodrigues, 15:47, 17:29, 31:28, Hüseyn Əbdülov, 16:03 ö/q, Fərid Atakişiyev, 16:49, Qüdrət Qasımzadə, 20:28 ö/q, Lukas Ramos, 21:28, Əhməd İsmayılov, 34:50, Emil Həsənzadə, 38:54
Olimpik Star
14:30. "Araz-Naxçıvan" – "Lənkəran" - (Oyun baş tutmayıb)
Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev
Olimpik Star
16:30. "Baku Fire" – "U-19" (0:4) 8:6
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov
Qollar: Oqtay Rüstəmli, 22:47, 25:00, 30:23, 35:06, Eldar Zeynalov, 23:30, 25:50, Kənan Manafov, 32:13, Oqtay Mahmudzadə, 39:42 ö/q // Emil Bayramov, 2:32, Fərid Kərimli, 14:48, İsmayıl Əhmədov, 17:17, 24:35, Oqtay Mahmudzadə, 19:26, Turan Azayev, 27:58
Olimpik Star
Bizim.Media