Antuan Qrizmann MLS-ə mümkün keçid məsələsini təxirə salıb. Daha əvvəl “Atletiko"nun hücumçusunun “Orlando Siti"yə keçidə yaxın olduğu bildirilirdi. Lakin ESPN-in məlumatına görə, Madrid klubunun İspaniya Kubokunun finalına yüksəlməsindən sonra fransalı futbolçu transfer danışıqlarını dayandırıb.
Bizim.Media xəbər verir ki, ABŞ klubu oyunçunu 26 martda bağlanacaq transfer pəncərəsindən əvvəl heyətinə qatmaq istəyirdi.
Mənbələrdən birinin sözlərinə görə, təklif yalnız bu transfer dövrü üçün keçərlidir, çünki daha sonra “Orlando”nun başqa namizədləri ola bilər.
Qeyd olunur ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və klub rəhbərliyi Qrizmannın mövsümün sonuna qədər komandada qalmasını istəyir. Onlar futbolçunu mümkün titul qazanaraq yola salmağı planlaşdırırlar.
Rəşad Rafiqoğlu, Bizim.Media