Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Bizim.Media xəbər verir ki, bir müddətdir zədəli olan Urfan Abbasov da fərdi məşqlərə başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması martın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:15-də start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media