“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək alpinistləri bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Turnirdə ölkəmizi beş idmançı təmsil edəcək.
Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.
Martın 4-dən 8-dək keçiriləcək yarışda Azərbaycan, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən 123 idmançı çıxış edəcək.
Bizim.Media