“Sabah”ın prezidentindən Qurban Qurbanova - “Qələbəmizə kölgə salmışdı”

“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Misli Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” (3:3) matçında baş verən davaya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, Azerisport.com saytına açıqlamasında bu barədə danışıb:

Matçın son dəqiqələrində baş verən gərginliyə toxunan M.Adıgözəlov komandasının məşqçisinin davranışına bəraət qazandırmadığını, lakin əvvəllər oxşar halların olduğunu da qeyd edib: “Bəli, oyunun sonunda emosional vəziyyət yarandı. Köməkçi məşqçimiz hakimlə danışırdı, bu zaman “Qarabağ” heyətinin bir üzvü ona səssiz olma işarəsi göstərdi. Bizim nümayəndəmiz isə emosional və düzgün olmayan jest etdi ki, bunu nümayiş etdirməyə haqqı yox idi.

“Sabah” futbol klubu belə davranışı yolverilməz hesab edir. Bu bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Nümayəndəmizlə söhbət aparıldı. Biz baş verənləri yalnız futbola xas emosiyalarla izah etmədik. Əksinə, məşqçimiz təkcə meydanda deyil, həm də mətbuat konfransında üzr istəməyi lazım bildi. Hər hansı klubun qarşısında belə bir hadisə baş versəydi, biz eyni şəkildə davranardıq. Hətta “Qarabağ” nümayəndələri bu epizoda diqqət etməsələr belə, üzr istəməli idilər. Üzr istəmək mədəniyyəti statusdan, xidmətlərdən və adlardan asılı deyil.

Qeyd edim ki, üzr istəmə mədəniyyətindən danışarkən, 2023/24 mövsümündə “Qarabağ” – “Sabah” matçında rəqib son saniyələrdə qol vurduqdan sonra “Qarabağ” oyunçusunun bizim skamyaya jest etməsi kimi epizod olmuşdu.

Bundan əlavə, kubok finalından sonra hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində "Sabah"ın qələbəsinə kölgə saldı və dolayı yolla onun bütövlüyünü şübhə altına aldı. Sonradan bu sözlər emosiyalarla izah olundu. Qol vurduqdan sonra bir oyunçunun qapıçımızın qarşısında etdiyi ekzotik rəqs bizim ənənələrimizə uyğun deyildi. Təəssüf ki, o zaman dostlarımız üzr istəməyi lazım bilmədilər və hər şeyi emosiyalara bağladılar. Biz səbr etdik, üzr istəməyi tələb etmədik və vəziyyəti böyütmədik, çünki başa düşürük ki, mübarizə zamanı bəzən olmamalı şeylər olur. Buna görə də son oyundakı epizoda qarşı olan kəskin reaksiya bir qədər təəccübləndirdi.

Bizim mövqeyimiz dəyişməz qalır: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru addımlar. Gəlin, futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, müəyyən epizodların ümumi mənzərəni kölgə altına salmasına imkan verməyək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisi qələbə QAZANDI

Azərbaycan millisi qələbə QAZANDI

Bu şəxslərin maaşı 50 % ARTIRILDI – QƏRAR

Bu şəxslərin maaşı 50 % ARTIRILDI – QƏRAR

SON DƏQİQƏ: Soçidə zəlzələ oldu

SON DƏQİQƏ: Soçidə zəlzələ oldu

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu oğurladı - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu oğurladı - VİDEO

SON DƏQİQƏ! Tramp İranla danışıqlardan imtina etdi – FOTO

SON DƏQİQƏ! Tramp İranla danışıqlardan imtina etdi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Sabah saat 08:00-dan 22:00-a qədər...

Sürücülərin NƏZƏRİNƏ: Sabah saat 08:00-dan 22:00-a qədər...

Efir qadağası qoyulduğu iddia edilən Əli Mirəliyev: “Mən oxuyan deyiləm, aparıcıyam” - ÖZƏL

Efir qadağası qoyulduğu iddia edilən Əli Mirəliyev: “Mən oxuyan deyiləm, aparıcıyam” - ÖZƏL

Sarayda ƏMƏLİYYAT: Tutulan var – VİDEO

Sarayda ƏMƏLİYYAT: Tutulan var – VİDEO

Ərdoğan: “Bölgədə düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”

Ərdoğan: “Bölgədə düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”

KİV: İranın yeni müdafiə naziri də öldürüldü

KİV: İranın yeni müdafiə naziri də öldürüldü

Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc KİMİN OĞLUDUR? – DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc KİMİN OĞLUDUR? – DOSYE

Arzu Əliyevadan paylaşım – FOTO

Arzu Əliyevadan paylaşım – FOTO

“Kəpəz” bıçaqlanan futbolçusu ilə yollarını AYIRACAQ

“Kəpəz” bıçaqlanan futbolçusu ilə yollarını AYIRACAQ

İsrail Tehranı vurdu – YENİ VİDEO

İsrail Tehranı vurdu – YENİ VİDEO

"TikTok"da söyüş söyəni bıçaqladı

"TikTok"da söyüş söyəni bıçaqladı

"Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli olub

"Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli olub

Bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

SEPAH-ın Urmiyadakı qərargahı darmadağın edildi – VİDEO

SEPAH-ın Urmiyadakı qərargahı darmadağın edildi – VİDEO

Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi

Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi

Pulunu qızıla və dollara yatıranlara XƏBƏRDARLIQ

Pulunu qızıla və dollara yatıranlara XƏBƏRDARLIQ

Avropa çempionatında ölkəmizi bu idmançılar TƏMSİL EDƏCƏK – SİYAHI

Avropa çempionatında ölkəmizi bu idmançılar TƏMSİL EDƏCƏK – SİYAHI

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb

Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok olub - Qurban Yetirmişli

Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok olub - Qurban Yetirmişli

Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU

Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU

End of content

No more pages to load

RADİO