Qurban Qurbanov: “Biz Avropa futbolundan geridə qalırıq”

Məşqçi olmaq çox çətindir. Əgər mən bu gün öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə, heç vaxt yaxşı məşqçi ola bilmərəm.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxışı zamanı deyib.

Mütəxəssis bildirib ki, məşqçi həm lider, həm də menecer olmalıdır:

“Fikrimcə, məşqçi hər zaman lider olmalıdır, xüsusilə futbolda bu xüsusiyyət daha önəmlidir. Cavabdeh bizik. Son qərarları həmişə baş məşqçi verir. Futbolda belə bir anlayış var ki, komanda qalib gəlibsə, futbolçular qalib gəlib, məğlub olubsa, baş məşqçi məğlub olub. Bu yanaşmanı həmişə qəbul etmişəm. Məşqçi həmişə idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara maksimum dəstək göstərmək lazımdır. Düşünürəm ki, 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm. Elə detallar var ki, məşqçi idmançıları daim nəzarətdə saxlamalı və özü də fiziki olaraq çalışmalıdır”.

Q.Qurbanov futboldakı mövcud problemlərdən də danışıb:

“Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə getdik və orada şəraitin çox yaxşı olduğunu gördük. Bilirsiniz ki, futbolda ən önəmli şey ötürmələrdir. Biz məşqi yaxşı olmayan meydançada həyata keçirsək, nəzərə alaq ki, hər futbolçunun təxminən 50 ötürmə etməsi çox çətin olacaq. Belə hallar idmançının keyfiyyətini aşağı salır, onlar psixoloji olaraq ruhdan düşürlər. Bu baxımdan biz Avropa futbolundan geridə qalırıq. Bu barədə daim fikirlərimi bildirirəm. Şərait yoxdursa, idmançı inkişaf edə bilmir”.

Onun sözlərinə görə, Azərbaycanda istedadlı gənclər kifayət qədərdir:

“Arzulayıram ki, ölkəmizdə yalnız idmanda yox, bütün sahələrdə ən yaxşı mütəxəssislər yetişsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Trendyol”da Novruz endirimləri başlayır

“Trendyol”da Novruz endirimləri başlayır

İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO

İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO

Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə ETDİ

Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə ETDİ

Sumqayıtda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU - VİDEO

Sumqayıtda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU - VİDEO

BƏƏ ölkədə qalan turistlərin yaşayış xərclərini ÖDƏYƏCƏK

BƏƏ ölkədə qalan turistlərin yaşayış xərclərini ÖDƏYƏCƏK

SEPAH: Netanyahunun ofisinə zərbə endirildi

SEPAH: Netanyahunun ofisinə zərbə endirildi

Sumqayıtda qatar "KamAz"la toqquşdu

Sumqayıtda qatar "KamAz"la toqquşdu

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

İdman kompleksində halı pisləşən şəxs VƏFAT ETDİ

İdman kompleksində halı pisləşən şəxs VƏFAT ETDİ

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

BMW-nin bu modellərini sürürsünüzsə, təcili rəsmi servisə gedin!

BMW-nin bu modellərini sürürsünüzsə, təcili rəsmi servisə gedin!

Moped idarə edənlərin NƏZƏRİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq – BU TARİXDƏN

Moped idarə edənlərin NƏZƏRİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq – BU TARİXDƏN

“Milan”ın növbəti transfer hədəfi BƏLLİ OLDU

“Milan”ın növbəti transfer hədəfi BƏLLİ OLDU

Ayanın qızının ad günündə rəqqasə şousu müzakirə yaratdı – VİDEO

Ayanın qızının ad günündə rəqqasə şousu müzakirə yaratdı – VİDEO

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Fransadan İrana XƏBƏRDARLIQ – “Ciddi güzəştlərə getməsəniz...” – VİDEO

Fransadan İrana XƏBƏRDARLIQ – “Ciddi güzəştlərə getməsəniz...” – VİDEO

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq – RƏSMİ

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq – RƏSMİ

Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ – 2027-ci ilədək...

Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ 2027-ci ilədək...

Almaniya XİN: “İranla müharibədə iştirak etməyəcəyik” – FOTO

Almaniya XİN: “İranla müharibədə iştirak etməyəcəyik” – FOTO

Gəncə Cümə məscidinin təmirinə 1,6 milyon vəsait ayrıldı - SƏRƏNCAM

Gəncə Cümə məscidinin təmirinə 1,6 milyon vəsait ayrıldı - SƏRƏNCAM

Umar Cəbrayılov Moskvada ölü TAPILDI - FOTO

Umar Cəbrayılov Moskvada ölü TAPILDI - FOTO

Qızılın qiyməti 5400 dolları keçdi

Qızılın qiyməti 5400 dolları keçdi

Leyla Əliyevadan YENİ paylaşım – FOTO

Leyla Əliyevadan YENİ paylaşım – FOTO

Bill Klintonun yeni şok FOTOLARI: cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 000 dollarlıq dəbdəbə

Bill Klintonun yeni şok FOTOLARI: cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 000 dollarlıq dəbdəbə

End of content

No more pages to load

RADİO