Qurban Qurbanov: “Futbolda hər il zirvədə olmaq kimi bir qayda yoxdur”

“Sabah”ın gücünü bu gün daha yaxşı bildik.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXII turunda “Sabah”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanı yüksək qiymətləndirərək meydandakı atmosferdən razılığını ifadə edib: “Stadiondakı ab-hava və nümayiş olunan futbol azarkeşlərin gözləntilərini tam doğrultdu. Hər iki komandaya və fanatlara bu maraqlı mübarizə üçün minnətdaram.

Futbol elə bir nöqtəyə gəlib ki, meydanda hər an gözlənilməz hadisələr baş verə bilər. Bu gün də bunun şahidi olduq. Hazırda məni ən çox düşündürən məqam sıx oyun qrafiki və futbolçuların fiziki bərpasıdır. 'Nyukasl'la ağır oyundan sonra belə bir gərgin matça çıxdıq, bir neçə gündən sonra isə bizi həm kubok, həm də çempionatda çətin sınaqlar gözləyir”.

Qurban Qurbanov çempionluq mübarizəsinə də toxunub: “Paltardəyişmə otağında fərqli emosiyalar var idi. Şəxsən mən futbolçularımın göstərdiyi xarakterdən razı qaldım.

Çempionluğa gəlincə, bizdə heç vaxt “mütləq qalib gəlməliyik” deyə bir təzyiq olmayıb.

Futbolda hər il zirvədə olmaq kimi bir qayda yoxdur. Rəqiblərimiz, xüsusən də “Sabah” kimi illərdir özünü inkişaf etdirən güclü komandalar var. Bu gün onların real gücünü bir daha gördük. Əgər sonunda hədəfimizə çatmaq istəyiriksə, performansımızı daha da artırmalıyıq”.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Yunayted" 3-cü pilləyə yüksəldi

"Mançester Yunayted" 3-cü pilləyə yüksəldi

Ramazan ayının on ikinci gününün DUASI

Ramazan ayının on ikinci gününün DUASI

İsrail Pezeşkianı zərərsizləşdirməyə cəhd göstərməyib

İsrail Pezeşkianı zərərsizləşdirməyə cəhd göstərməyib

Super Liqa: “Fənərbaxça” xal itirdi - VİDEO

Super Liqa: “Fənərbaxça” xal itirdi - VİDEO

Əraqçi: “Trampı oyuna gətirdilər, haqsız hücuma sövq etdilər”

Əraqçi: “Trampı oyuna gətirdilər, haqsız hücuma sövq etdilər”

BƏƏ Tehrandakı səfirliyini bağlayır

BƏƏ Tehrandakı səfirliyini bağlayır

SEPAH İranın müdafiə nazirinin öldüyünü təsdiqlədi

SEPAH İranın müdafiə nazirinin öldüyünü təsdiqlədi

15-ə yaxın Rusiya vətəndaşı Azərbaycana təxliyə olundu

15-ə yaxın Rusiya vətəndaşı Azərbaycana təxliyə olundu

Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər naziri ilə telefonda danışdı

Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər naziri ilə telefonda danışdı

İsrail İran Dövlət Televiziyasının qərargahına zərbələr endirdi - VİDEO

İsrail İran Dövlət Televiziyasının qərargahına zərbələr endirdi - VİDEO

İsrail Tehranda Qandi xəstəxanasını vurdu - VİDEO

İsrail Tehranda Qandi xəstəxanasını vurdu - VİDEO

Ərdoğan İrana başsağlığı verdi

Ərdoğan İrana başsağlığı verdi

İsrail İran Dövlət Televiziyasının qərargahına zərbələr endirdi - VİDEO

İsrail İran Dövlət Televiziyasının qərargahına zərbələr endirdi - VİDEO

Qurban Qurbanov: “Futbolda hər il zirvədə olmaq kimi bir qayda yoxdur”

Qurban Qurbanov: “Futbolda hər il zirvədə olmaq kimi bir qayda yoxdur”

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub

Tramp: “ İranın 9 hərbi gəmisini məhv edib batırmışıq”

Tramp: “ İranın 9 hərbi gəmisini məhv edib batırmışıq”

BƏƏ-də 6 yüksək rütbəli CIA əməkdaşı öldürülüb – İranın iddiası

BƏƏ-də 6 yüksək rütbəli CIA əməkdaşı öldürülüb – İranın iddiası

ABŞ: İran “USS Abraham Lincoln” aviadaşıyıcısını vura bilməyib

ABŞ: İran “USS Abraham Lincoln” aviadaşıyıcısını vura bilməyib

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

ABŞ İrana zərbələri davam etdirəcək

ABŞ İrana zərbələri davam etdirəcək

İsraildə 100 min nəfər hərbi xidmətə çağırıldı

İsraildə 100 min nəfər hərbi xidmətə çağırıldı

Netanyahu: "Tehrana zərbələr yaxın günlərdə daha da artacaq"

Netanyahu: "Tehrana zərbələr yaxın günlərdə daha da artacaq"

ABŞ kəşfiyyatı Xamenei və iranlı siyasətçiləri bir neçə ay izləyib

ABŞ kəşfiyyatı Xamenei və iranlı siyasətçiləri bir neçə ay izləyib

İran Əbu-Dabidə yerləşən "Əl-Səlam" hərbi-dəniz bazasının anbarına zərbə endirdi

İran Əbu-Dabidə yerləşən "Əl-Səlam" hərbi-dəniz bazasının anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO