Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.
Bizim.Media xəbər verir ki, "Turan Tovuz" "İmişli" ilə qarşılaşıb.
"Azərsun Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb - 0:0.
Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.
Bizim.Media