Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.
Bununla da Azərbaycan millisi yarışın ilk gününü iki medalla başa vurub. Daha əvvəl Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Leyla Əliyeva (52 kiloqram), Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kiloqram) turnirlə vidalaşıblar.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə martın 1-də yekun vurulacaq.
Bizim.Media