Albaniyada çıxış edən futbol üzrə milli komandamızın üzvü Zamiq Əliyev komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, karyerasını “Eqnatiya”da davam etdirən futbolçumuza Polşanın “Motor” və “Piast” klubları maraq göstərir.
Bundan başqa Əliyevə Ukrayna və Türkiyə klublarından da təkliflər gəldiyi barədə xəbərlər var.
Qeyd edək ki, Zamiq Əliyevin “Eqnatiya” klubu ilə növbəti mövsümün sonuna qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media