"Əl-Nəsr" Səudiyyə Ərəbistanı liqasındada ardıcıl 9-cu qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, Jorje Jesusun komandası Səudiyyə Ərəbistanı çempionatının 10-cu turundan təxirə salınmış oyunda "Al-Najma"nı 5:0 hesabı ilə darmadağın edib.
Heyətində Kriştiano Ronaldonun çıxış etdiyi klub 58 xalla turnir cədvəlinə başçılıq edir.
Komanda "Əl-Əhli" ni 2, "Əl-Hilal"ı 3, "Al-Qadsiah"ı isə 5 xal qabaqlayır.
Qeyd edək ki, Ronaldo son doqquz oyunda 6 qol vurub.
Bizim.Media