“Araz Naxçıvan”dan Eyyub Allaşın ittihamlarına CAVAB

Bir müddət əvvəl “Araz Naxçıvan”dan ayrılan Eyyub Allaş mətbuata klubla bağlı qalmaqallı açıqlama verib. O, konkret olaraq klubu onun maaşını ödəməməkdə ittiham edərək, hətta zədələndikdən sonra əməliyyatı öz hesabına etdiyini vurğulayıb.

Bundan başqa, Allaş təyyarə biletlərini belə özü aldığını deyərək “Araz Naxçıvan”ı qeyri-peşəkarlıqda ittiham edib.

Məsələ ilə əlaqədar “Araz Naxçıvan”la əlaqə saxladıq. Klubun icraçı direktoru Eldəniz Yusifov Bizim.Media-ya açıqlamasında Eyyub Allaşın ittihamlarını əsassız adlandırıb:

“Əvvəla onu deyim ki, bu məsələ ilə bağlı bizim Eyyub Allaşla dəfələrlə söhbətimiz olub. O, özü hüquqi məsələlərlə bağlı vəkil vasitəsilə bizə müraciət etmişdi. Futbolçu Bakıda olanda da, məlum məsələlərlə bağlı danışıq aparmışıq. Klubun ona olan 1 aylıq maaş borcu ödənilib.

Vəsaitin futbolçuya gec çatması isə onun özünün Bakıya gec qayıtması ilə əlaqədar olub. O, ötən il aprelin 30-da əməliyyat olunsa da, Bakıya yalnız oktyabr ayında gəlib. Bu müddət ərzində o, xahiş etmişdi ki, öz ölkəsində bərpa prosesi keçsin, əməliyyatı edən həkimlərin nəzarətində olsun. Biz də futbolçunun istəyinə uyğun qərar verdik.
 

Amma bununla belə biz onun əməliyyat və bərpa xərclərini razılaşdırmışdıq. Mətbuatda bununla bağlı yazılanlar düzgün deyil. Bizim klub kifayət qədər peşəkar komandadır. Sadəcə olaraq Eyyub Allaş əməliyyat və bərpa xərcləri ilə bağlı bizim göndərdiyimiz sənədlərə vaxtında qol çəkməyib. Biz artıq bilirik ki, Eyyub Allaşa nə qədər borcumuz var. Gecikmənin səbəbi sırf futbolçunun özü ilə bağlıdır. Onun müqaviləsi bitib və köçürmənin olması ilə bağlı müəyyən sənəd tələb olunur.


Sadəcə Allaş və onun vəkili bu sənədlərə qol çəkməyiblər. Futbolçu ilə daim əlaqə saxlayırıq. Allaşa olan borcumuz mövsümün sonuna qədər ödəniləcək. “Araz Naxçıvan” 2023-cü ildən bəri bütün futbolçularla bağlı öhdəliklərimizi yerinə yetirib. Bizim klub futbolçularla ən az problem yaşayan klubdur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Addai "Qarabağ"dan ayrılır?

Addai "Qarabağ"dan ayrılır?

Cənab Prezidentin müəyyənləşdirdiyi vəzifələrin icrası Naxçıvanda fəaliyyət prioritetidir

Cənab Prezidentin müəyyənləşdirdiyi vəzifələrin icrası Naxçıvanda fəaliyyət prioritetidir

Ukraynada yeni korrupsiya qalmaqalı: Yüksək vəzifəli zabitlər saxlanıldı

Ukraynada yeni korrupsiya qalmaqalı: Yüksək vəzifəli zabitlər saxlanıldı

Balakəndə 1 920 abonentin qazı kəsiləcək

Balakəndə 1 920 abonentin qazı kəsiləcək

“Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA – VİDEO

“Hamısı hədəfə çatdı”: Zelenski Rusiyaya endirilən “Flamingo” raketləri HAQDA – VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır - VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır - VİDEO

“Paris-2024”ün medalları yenisi ilə əvəz olunur

“Paris-2024”ün medalları yenisi ilə əvəz olunur

5 hokkeyçi Trampın qəbuluna getmədi - VİDEO

5 hokkeyçi Trampın qəbuluna getmədi - VİDEO

Rusiyalı general Azərbaycana gəldi – FOTO

Rusiyalı general Azərbaycana gəldi – FOTO

Cəlilabad icra hakimiyyətinin 30-a yaxın əməkdaşı İŞDƏN ÇIXARILDI

Cəlilabad icra hakimiyyətinin 30-a yaxın əməkdaşı İŞDƏN ÇIXARILDI

Tarix Əliyev efirdən getdi – Onu bu şəxs əvəz edəcək

Tarix Əliyev efirdən getdi – Onu bu şəxs əvəz edəcək

16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? – İDDİA – FOTO/VİDEO

16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? – İDDİA – FOTO/VİDEO

Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır?

Ramiz Mehdiyevin kürəkəninə məxsus klinika bağlanır?

Temperatur kəskin enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur kəskin enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu mədəniyyət xadimlərinə Fəxri diplom verildi – ADLAR – FOTO

Bu mədəniyyət xadimlərinə Fəxri diplom verildi – ADLAR – FOTO

Ağ şəhərdə parkinq qiymətləri bəlli oldu -1 saatı 20 manat – FOTO

Ağ şəhərdə parkinq qiymətləri bəlli oldu -1 saatı 20 manat – FOTO

Rusiyanın BMT-dəki nümayəndəsi: “Mən ukraynalıyam” – VİDEO

Rusiyanın BMT-dəki nümayəndəsi: “Mən ukraynalıyam” – VİDEO

Tolik Səidə Sultanla bağlı şikayətini geri götürəcək?

Tolik Səidə Sultanla bağlı şikayətini geri götürəcək?

Rusiyada 840 min əcnəbi qeyri-qanuni yaşayır

Rusiyada 840 min əcnəbi qeyri-qanuni yaşayır

Şəkidə ağır QƏZA: Xəsarət alan var - FOTO/VİDEO

Şəkidə ağır QƏZA: Xəsarət alan var - FOTO/VİDEO

Azərbaycanlı karateçiyə üç illik CƏZA VERİLDİ

Azərbaycanlı karateçiyə üç illik CƏZA VERİLDİ

İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ

İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ

Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO

Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO

Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ – FOTO

Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ – FOTO

End of content

No more pages to load

RADİO