"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, argentinalı futbolçu baldır əzələsindən zədələnib.
Onun böyük ehtimalla təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Futbolçu zədə səbəbindən İngiltərə Premyer Liqasının 27-ci turunda "Everton"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, argentinalı oyunçu cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində 15 matçda meydana çıxıb.
Bizim.Media