Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında "Rizespor"dan 3,4 milyon avroya transfer edib.
Türkiyə millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media