Bu gün Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları bu gün başa çatacaq.

Bizim.Media xəbər verir ki, olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tədbir İtaliyanın simvollarından sayılan Verona Arenasında (Verona Olympic Arena) keçiriləcək.

"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək.
 

Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.


Mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib. Bağlanış mərasimindəki paradda də ölkənin bayrağını məhz onlar daşıyacaqlar.

Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb.

Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 40 (18 qızıl, 11 gümüş, 11 bürünc) mükafat qazanıb.

ABŞ (11 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO

Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO

Əli Xamenei ölkənin taleyini Əli Laricaniyə həvalə etdi - Pezeşkianın mövqeyi zəifləyib? - FOTO

Əli Xamenei ölkənin taleyini Əli Laricaniyə həvalə etdi - Pezeşkianın mövqeyi zəifləyib? - FOTO

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu “göndərib” - VİDEO

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu “göndərib” - VİDEO

Çinli turistlərin Baykalda batdığı yerdən yeni VİDEO

Çinli turistlərin Baykalda batdığı yerdən yeni VİDEO

ABŞ-ın 10 hərbi-nəqliyyat təyyarəsi Avropaya doğru uçub - VİDEO

ABŞ-ın 10 hərbi-nəqliyyat təyyarəsi Avropaya doğru uçub - VİDEO

Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı

Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı

Bakıda Davud Kazımovun 100 illiyinə həsr olunan sərgi açıldı - FOTO

Bakıda Davud Kazımovun 100 illiyinə həsr olunan sərgi açıldı - FOTO

Süni intellektlə “MÜALİCƏ” – Bu problemləri bölüşməyin!

Süni intellektlə “MÜALİCƏ” – Bu problemləri bölüşməyin!

"Məni Samirlə Röya BARIŞDIRDI"

"Məni Samirlə Röya BARIŞDIRDI"

"Taliban" Pakistana xəbərdarlıq etdi

"Taliban" Pakistana xəbərdarlıq etdi

Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: KİM HAQLIDIR? - VİDEO

Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: KİM HAQLIDIR? - VİDEO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

“Ultimatumlar Kiyevə deyil, Kremlə yönəldilməlidir” - FOTO

“Ultimatumlar Kiyevə deyil, Kremlə yönəldilməlidir” - FOTO

Orban Kayanın layihəsini Napoleon və Hitler dövrünün planları ilə müqayisə etdi - VİDEO

Orban Kayanın layihəsini Napoleon və Hitler dövrünün planları ilə müqayisə etdi - VİDEO

Vəkil Əfqan Məmmədov vəfat etdi - FOTO

Vəkil Əfqan Məmmədov vəfat etdi - FOTO

ABŞ Yaxın Şərqdə 35 min hərbçi yerləşdirib - İRANA ZƏRBƏ ENDİRİLƏCƏK? - FOTO

ABŞ Yaxın Şərqdə 35 min hərbçi yerləşdirib - İRANA ZƏRBƏ ENDİRİLƏCƏK? - FOTO

Lvovda partlayışlar: Xəsarət alanların sayı 24-ə çatdı - VİDEO

Lvovda partlayışlar: Xəsarət alanların sayı 24-ə çatdı - VİDEO

Zakir Həsənov Hava Döyüş Komandanlığına göstəriş verdi - VİDEO

Zakir Həsənov Hava Döyüş Komandanlığına göstəriş verdi - VİDEO

“Uşağımız olsun deyə evləndik”

“Uşağımız olsun deyə evləndik”

Bu gün Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Bu gün Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Bakıda yeni marşrut xətti işə düşdü

Bakıda yeni marşrut xətti işə düşdü

Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - VİDEO

Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - VİDEO

Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ

Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ

End of content

No more pages to load

RADİO