"İmişli" yeni futbolçu ilə heyətini gücləndirib.
Bizim.Media xəbər verir ki, Orxan Fərəcov Premyer Liqa klubuna keçib.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “Troszyn” və “Narew Ostrołęka”(hər ikisi Polşa) klublarında oynayıb.
Son mövsümlərdə isə “Baku Sportinq" və “Şahdağ”ın formasını geyinib.
Bizim.Media