Bu gün Misli Premyer Liqasında 21-ci tura start veriləcək.
Bizim.Media xəbər verir ki, "Zirə" "Turan Tovuz"la qarşılaşacaq. "Sumqayıt" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək.
"Qarabağ"ın "Neftçi" ilə görüşü isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Misli Premyer Liqası
XXI tur
20 fevral
17:00. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov, Müslüm Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Suraxanı. "Azərsun Arena".
19:30. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Bizim.Media