UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda rəqib komanda 5:0 hesabla irəlidədir.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 45-ci dəqiqəsində rəqibin heyətində Entoni Qordon penalti zərbəsi ilə hesabı artırıb.
MÖVZU İLƏ BAĞLI:
TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - CANLI
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
Beləliklə, matçın ilk hissəsi başa çatıb. Komandamız fasiləyə məğlub ayrılıb.
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 0:5 (Birinci hissə)
Qol: Qordon, 3, Tyau, 9, Qordon, 32-pen.; 34, 45-pen.
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media