İspaniyanın 3-cü liqa təmsilçisi "Kazaleqas" azərbaycanlı futbolçunu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, ispanlar Hüseyn Əhmədovla anlaşıb.
2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi üçüncü liqa klubu ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Əhmədov son olaraq II Liqa təmsilçisi olan "Dinamo"da (Bakı) çıxış edib.
Əlavə edək ki, "Kazaleqas" İspaniya 3-cü liqasında 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media