“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Bizim.Media xəbər verir ki, o bu barədə oyunöncəsi mətbuat konfrasında danışıb.
“Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan tarixində bir ilkdir. “Nyukasl” köklü klubdur. Dünyanın bir nömrəli liqasından gəlmiş komandadır. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma kənardan futbolçularımın hazırlığına, oyun haqqında fikirlərinə baxıram.
Görürəm ki, çox məsuliyyətli və həyəcanlıdırlar. Bu, mənə biraz inam verir. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stili var.
Məncə, digər komandalar da onlara qarşı oynamaq istəməzlər. Buna baxmayaraq doğma meydanımızda yaxşı mübarizə aparmağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar”. (Qafqazinfo.az)
Bizim.Media