“Kəpəz”in müdafiəçisi Cefferson Bentu karyerasını ölkəsi Braziliyada davam etdirmək qərarına gəlib.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Avai” klubu ilə danışıqlara başlayıb.
Halbuki Portuqaliyanın “Portimonense” klubuna məxsus olan oyunçu mövsümün əvvəlində birillik “Kəpəz”ə icarəyə verilib.
Lakin qış fasiləsində ölkəsinə yollanan Cefferson Azərbaycana qayıtmayıb. Mövsümün sonuna qədər icarə müqaviləsi qüvvədə olduğundan, Gəncə klubu ondan FIFA-ya rəsmi şikayət ünvanlayıb.
Futbolçunun “Avai” klubu ilə danışıqları, demək olar ki, müsbət yekunlaşıb. O, hətta B Seriyası komandasında məşqlərə də qoşulub. Klub tezliklə onunla rəsmi müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, Cefferson Bentu “Kəpəz”in heyətində bu mövsüm 16 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media