İspaniya nəhəngi “Real Madrid” yay transfer pəncərəsi öncəsi “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslainin durumunu yaxından izləyir.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi macar futbolçunun mümkün transferini gündəmdə saxlayır və yay aylarında konkret addım atmaq üçün oyunçunun çıxışını monitorinq edir.
Bildirilib ki, futbolçunun da arzusu bir gün "Real" forması geyinməkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media