PSJ klubu Çempionlar Liqasının pley-off mərhələsində "Monako" ilə vacib qarşılaşmadan öncə ciddi itkilərlə üzləşib.
Bizim.Media xəbər verir ki, Paris təmsilçisinin iki yarımmüdafiəçisi - Fabian Ruiz və Senni Mayulu sabahkı oyunu buraxacaqlar.
Yanvarın 20-də "Sportinq"ə qarşı (1:2) matçda sol dizindən zədələnən Ruiz artıq fərdi məşqlərə başlasa da, meydana çıxmağa hazır deyil. Mayulu isə Liqa 1-də "Marsel"lə (5:0) oyunda zədələnib və heyətdən kənarda qalıb.
Xatırladaq ki, PSJ - "Monako" qarşılaşması fevralın 17-də baş tutacaq.
Bizim.Media