İngiltərənin "Liverpul" klubunun canlı əfsanəsi Məhəmməd Salah klubdakı vəziyyətindən və ona qarşı olan münasibətdən narazı qalıb.
Bizim.Media xəbər verir ki, 33 yaşlı misirli ulduz azarkeşlərin "vəfasızlığından" məyus olub.
Hücumçu bu mövsüm statistik göstəricilərinin ötən illə müqayisədə aşağı düşdüyünü etiraf etsə də, klubun uğurları üçün etdiklərinin qarşılığında daha çox hörmət gözlədiyini bildirib. O, fanatların onun komanda üçün qazandığı kubokları və tarixi xidmətlərini çox tez unutduğunu düşünür.
Xüsusilə Afrika Millətlər Kuboku ərəfəsində yaşanan qalmaqal və mətbuatdakı tənqidlər futbolçunu hiddətləndirib. Bu gərginlik onun "Enfild"dəki gələcəyini də sual altına salıb.
Qeyd edək ki, Salah bu mövsüm "mersisaydlılar"ın heyətində keçirdiyi 26 oyunda cəmi 6 qol vura bilib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media