Almaniyanın "Bavariya" klubu mövsümün sonunda müqaviləsi başa çatan Dayo Upamekano ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, fransalı futbolçunun sözləşməsinin müddəti artırılıb. Bu barəədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Fransa millisinin üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Bavariya" Dayo Upamekanonu 2021-ci ilin yayında "Leypziq"dən 42,5 milyon avroya transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media