Xorvatiyalı mütəxəssis İqor Tudor mövsümün sonunadək “Tottenhem”in müvəqqəti baş məşqçisi ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilib ki, London klubu 47 yaşlı məşqçi ilə əlaqə saxlayıb və tərəflər arasında şifahi razılıq əldə olunub. Tudorun “Tottenhem”lə bağlayacağı müqavilədə uzunmüddətli çalışma variantı nəzərdə tutulmur.
Qeyd edək ki, fevralın 11-də “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərib. Komanda İngiltərə çempionatında 26 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, Tudor mövsümün əvvəlində “Yuventus”u çalışdırıb və ötən ilin 27 oktyabrında vəzifəsindən ayrılıb. O, daha əvvəl “Marsel” və “Qalatasaray”da da baş məşqçi kimi fəaliyyət göstərib.
Bizim.Media