“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

Bir neçə gün öncə qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Almaniya təmsilçisi "Hamburq"a transfer olub.  N. Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. O, bundan öncə “Zenit” (Rusiya) klubunda uğurlu çıxışları ilə yadda qalıb.

Nigar Mirzəliyeva Bizim.Media-ya müsahibəsində keçidindən, legioner həyatı yaşamağın çətin tərəflərindən, gələcək planlarından bəhs edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Siz Bundesliqada çıxış edən ilk azərbaycanlı qadın futbolçu olaraq tarixə keçdiniz. Bu da ölkədə kifayət qədər müsbət anlamda səs-küy yaratdı. Öncəliklə keçidiniz və bu qərara necə gəlməyiniz haqqında danışmağınızı istəyərdim.

- Kariyeramda belə bir addım atdığım üçün mən də çox sevincliyəm. Təklif mənə menecerlər tərəfindən gəldi. “Hamburq”dan əlavə, 4 təklifim var idi. Bunlardan biri İngiltərədən, üçü Almaniyanın başqa klublarından idi. Əvvəlki klubumdan ayrılmaq bir az mənə çətin idi. Ancaq mən məşqçilərimlə, ailəmlə danışdım və “Hamburq”a gəlməyə qərar verdim. Bura gəldiyim üçün çox sevincliyəm. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqa-da çıxış edirəm. Bunun qürurunu daşıyıram.


- Adətən kişi futbolçularımız xarici ölkələrdə uzunmüddət oynamağın çətinliklərindən, adaptasiya dövrünün gərginliyindən bəhs edir. Bəs sizin üçün legioner həyatı yaşamağın hansı müsbət və mənfi tərəfləri var? Nə kimi çətinliklər yaşayırsınız?


- Mən deyərdim ki, legioner həyatı yaşamaq qadınlar üçün çox çətindir. Çünki cavan yaşlarımızdan ölkəmizdən, ailələrimizdən uzaq yaşayırıq. Ailəmizi, sevdiklərimizi çox gec-gec görürük. Bu, özü böyük çətinlikdir. Ancaq mənim məqsədim var və buna görə dözürəm, səbr edirəm, çətinliyin öhdəsindən gəlirəm. Mənim məqsədim daha yaxşı klublarda oynamaqdır. Çox istəyərdim ki, kişi futbolçularımız da xarici klublarda oynasınlar. Bu, həm ölkəmizin adı, həm də inkişafı üçün çox gözəl olardı.

- Bəs, komandaya alışa bilmisiniz? Orada komanda yoldaşlarınız, baş məşqçiniz tərəfindən sizə qarşı ümumi münasibət necədir?

- Komandaya alışmaq hər yerdə bir az zaman alır. İlk dəfə dil baxımından çətinliklər olur. Bura gələndə də heç kəsi tanımırdım, amma komanda yoldaşlarım, məşqçilərimiz yadlıq hissini mənə yaşatmadılar. Çox yaxşı davrandılar. Komanda yoldaşlarım çox mehribandırlar. Ümumi olaraq, komandamda hər kəsin mənə qarşı rəftarı superdir.


- Almaniyadakı qadın futbolu ilə Azərbaycandakı qadın futbolunun əsas fərqləri nələrdir?


- Çox böyük fərqlər var. Məsələn, Almaniyada insanların qadın futboluna yanaşması, baxışı fərqlidir. Ölkədə hər kəs qadın futbolunu çox sevir və dəstəkləyir. Burada qadın futboluna həm də çox yaxşı yatırımlar edilir. Liqa çox keyfiyyətlidir və liqada oynayan futbolçuların keyfiyyəti yüksək səviyyədədir. Düşünürəm ki, dediyim bütün bu fikirlər Azərbaycandakı qadın futbolu ilə Almaniyadakı qadın futbolunu fərqləndirir.

- Qarşıda 2027-nin seçmə mərhələsində keçirilməsi nəzərdə tutulan oyunlar var. Gözlənti və hədəfləriniz nələrdir?

- Hədəfimiz oyunları qazanmaq və qrupu keçməkdir. Ona görə də oyunlara maksimum ciddi yanaşacağıq. İlk oyunumuz Bakıda Makedoniyaya qarşı olacaq. Çalışacağıq ki, elə ilk oyunda qələbə qazanaq və azarkeşlərimizi, bizi sevən insanları sevindirək.

- Qadın futbolçu olaraq indiyə qədər qarşılaşdığınız ən böyük maneə nə olub?

- Mən gənc yaşlarından legioner həyatı yaşamışam. Ailəmdən, anamdan uzaq qalmışam. Bu, mənim üçün ən böyük maneə olub. Yəni, anamdan uzaq qalmaq mənə çətin olub.

- Son olaraq, futbolçu olmaq xəyalında olan qızlarımıza nə demək istəyirsiniz?

- Gənc qızlara demək istəyirəm ki, mənim istəyim və məqsədim hər zaman Avropada oynamaq olub. Mən Mingəçevirdən çıxmışam və baxın, indi haralardayam. İstəklərim və məqsədlərim bununla bitmir. Mən daha yaxşı top- ölkələrdə, top- klublarda oynamaq istəyirəm. Bunu da edəcəyəm. Demək istəyirəm ki, onlar da çox çalışsınlar. Təbii ki, asan deyil, amma mümkündür. Əgər istək varsa, həyatda hər şey real olur. Əmin olsunlar ki, hər bir beynəlxalq oyun izlənilir. Özlərinə güvənsinlər və irəliləsinlər.




Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

End of content

No more pages to load

RADİO