Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Azərbaycan millisinin və "Qarabağ"ın ulduzu Nəriman Axundzadə karyerasında yeni bir səhifə açdı. İstiqamət isə uzaq ABŞ – MLS Liqasıdır. Bəs Nərimanın transfer olunduğu “Kolumbus Kryu” necə bir klubdur? Sadəcə bir MLS təmsilçisi, yoxsa... Gəlin Nərimanın yeni komandasını yaxından tanıyaq.

Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, 1994-cü ildə qurulan “Kolumbus Kryu” MLS-in ilk 10 komandasından biridir.

Yəni liqanın qurucularından hesab olunur. Ohayo ştatını təmsil edən klub, ABŞ futbol tarixində xüsusi bir yerə sahibdir. Onlar ölkədə xüsusi olaraq futbol üçün inşa edilmiş ilk stadionu tikən klub kimi tarixə düşüblər. Ləqəbləri rənglərinə uyğun olaraq “The Black & Gold” (Qara və Qızıl) və ya “The Crew”dur (Ekipaj). Nərimanın yaşayacağı Kolumbus Ohayo ştatının paytaxtıdır, gənclərin üstünlük verdiyi, sakit amma inkişaf etmiş bir şəhərdir.

Nəriman Axundzadə sıradan bir orta səviyyəli kluba getmir. O, hazırda ABŞ-nin ən güclü formaya malik komandalarından birinə qoşulur.
 

“Kolumbus Kryu” son illərdə əsl qızıl dövrünü yaşayır. Komanda 2023-cü ildə MLS-in çempionu olub. Bir il sonra isə Şimali Amerika klubları arasında keçirilən Liqa Kuboku turnirinin qalibi olub. Komanda həmin il KONKAKAF Çempionlar Kubokunun finalçısı da olub. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşündə Meksika təmsilçisi “Paçuka”ya 0:3 hesabı ilə məğlub olublar.


Ötən mövsüm isə “Kolumbus” MLS-in müntəzəm çempionatının həm Şərq Konfransında, həm də ümumi cədvəlində “İnter Mayami”dən sonra ikinci olub və pley-offa vəsiqə qazanıb. Lakin komanda bu mərhələdə finala qədər irəliləyən “Nyu-York Red Bulls”a məğlub olaraq mübarizəni dayandırıb.

“Kolumbus Kryu” 3 dəfə (2008,2020 və 2023) ABŞ çempionu olub. “Qara qızılılar” bu göstəricidə yalnız “Los-Anceles Qalaksi” (6) və “Di Si Yunayted”dən (4) geri qalır. Uzun sözün qısası, Nəriman qalibiyyət ruhu olan, titular üçün mübarizə aparan bir kollektivə gedir.

Axundzadə olduqca səviyyəli futbolçularla çiyin-çiyinə oynayacaq. Onlardan biri yarımmüdafiəçi Dieqo Rossidir ki, onu azərbaycanlı azarkeşlər “Fənərbağça”dakı çıxışı ilə tanıyır. O, liqanın ən təhlükəli futbolçularından biridir.
 

Bundan əlavə, Nəriman erməniəsilli vinger Maks Arfsten ilə komanda yoldaşı olacaq. O, Fresnodakı erməni icmasından olan tanınmış iş adamı Samuel Siroonyanın nəticəsidir. Siroonyanın özü də erməni mühacirlərinin ailəsindən olub. Yerli diaspordakı fəaliyyəti ilə tanınıb. Maks Arfsten ABŞ millisinin üzvüdür. O, Ermənistan yığmasında oynamaqdan imtina edib.


Komanda ev oyunlarını 2021-ci ildə istifadəyə verilən 20371 azarkeş tutumlu ultramüasir “ScottsMiracle-Gro Field” stadionunda keçirir. Arenanın tikintisi 314 milyon dollara başa gəlib.

"Nordeke" adlanan azarkeş tribunası MLS-dəki ən səs-küylü və çılğın atmosferlərdən birini yaradır. Nəriman üçün "Qarabağ"ın avrokubok oyunlarındakı ab-havadan sonra bura yad gəlməyəcək.

Göründüyü kimi, Nəriman Axundzadənin “Kolumbus Kryu”ya keçidi sadəcə bir transfer deyil, həm də böyük bir sınaqdır. O, inkişafda olan, sürətli və fiziki güc tələb edən bir liqaya, özü də çempionluğa oynayan bir kluba gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə ardıcıl 3 güclü PARTLAYIŞ oldu

Günəşdə ardıcıl 3 güclü PARTLAYIŞ oldu

Orbandan Avropa İttifaqı ilə bağlı sərt AÇIQLAMA: “Bizə qarşı müharibə elan ediblər”

Orbandan Avropa İttifaqı ilə bağlı sərt AÇIQLAMA: “Bizə qarşı müharibə elan ediblər”

Pezeşkian: “Nüvə silahı yaratmağa çalışmırıq”

Pezeşkian: “Nüvə silahı yaratmağa çalışmırıq”

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində dünyasını dəyişdi

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində dünyasını dəyişdi

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN

Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN

Yevlaxda illər sonra yağan qarın sevinci – FOTO

Yevlaxda illər sonra yağan qarın sevinci – FOTO

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşdı – FOTO

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşdı – FOTO

Bu rayonlarda yollar bağlandı

Bu rayonlarda yollar bağlandı

Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO

Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO

Milliön terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin

Milliön terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin

"Zavod çörəyi" də bahalaşacaq

"Zavod çörəyi" də bahalaşacaq

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi

“Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxır

“Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxır

Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Ərəb Parlamentinin prezidenti: “Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var”

Ərəb Parlamentinin prezidenti: “Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var”

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO