Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.
Qeyd edək ki, oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da stadionun qardan təmizlənməsinə kömək edib.
Həmin kadrları təqdim edirik:
Bizim.Media