Ötən həftə bıçaqlanan “Kəpəz”in futbolçusu Veysəl Rzayevin vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI
Bu barədə Bizim.Media-nın sorğusuna Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib. Hazırda futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib:
“Veysəl artıq palataya köçürülüb. Klubdan gedib onunla maraqlanırlar. Vəziyyəti yaxşılaşmağa doğru gedir”.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq
istintaqa təhvil verilib.
Naibə Məmmədova, Bizim.Media