Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var.
Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək.
Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. "Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.
Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.
Bizim.Media