Futzal üzrə Avropa Çempionatının final mərhələsi keçirilib.
Bizim.Media xəbər verir ki, həlledici görüşdə İspaniya və Portuqaliya yığmaları üz-üzə gəliblər. Lyublyanada keçirilən oyunda ispanlar qələbə qazanıb – 5:3.
Bununla da İspaniya tarixində səkkizinci dəfə qitə turnirinin qalibi olub.
Portuqaliya isə bu titula iki dəfə sahib çıxıb. Şənbə günü Xorvatiya üçüncü yer uğrunda matçda Fransanı penaltilər seriyasında 6-5 (əsas vaxt) məğlub edərək bürünc medal qazanıb.
Bizim.Media