“Yuventus”un vingeri Kenan Yıldız Turin klubu ilə müqaviləsini uzadacaq.
Bizim.Media xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, tərəflər yeni 4 illik müqavilənin imzalanması ilə bağlı razılığa gəliblər. Yıldızın maaşı artırılacaq və o, komandanın
ən çox qazanan futbolçularından birinə çevriləcək.
Qeyd edək ki, cari mövsümdə A Seriyasında Kenan 22 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media