Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Kişilər
60 kiloqram, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi
66 kiloqram, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi
81 kiloqram, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi
100 kiloqram, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
+100 kiloqram, 1/16 final
Uşanqi Kokauri – Marvin Belz (Almaniya)
Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)
Qeyd edək ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışı fevralın 7-də start götürəcək. 3 gün davam edəcək turnirdə Azərbaycan 5 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq. Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.
Bizim.Media