Pol Poqba komandasının UEFA Çempionlar Liqası heyətindən kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, "Monako" klubu futbolçunun zədəsi səbəbindən belə qərar verib.
Klubun direktoru Tiaqo Skuro açıqlamasında Poqbanın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı dəqiq cavabın olmadığını qeyd edib:
"Tibbi bölməmiz futbolçunun geri qayıtması üçün həll yolları tapmağa çalışır. İlk olaraq Poqbanın meydançaya qayıtmağı, daha sonra isə fiziki formasının bərpası üçün məşqlər etməsi lazım olacaq".
Qeyd edək ki, fransız futbolçu ötən ilin yayından "Monako"da çıxış edir. Bu mövsüm Fransa liqasında üç oyun keçirib və qol vurmayıb.
Bizim.Media