I Liqada mübarizə aparan "Mingəçevir" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Nurlan Novruzovu rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı vingerlə cari mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nurlan Novruzov mövsümün ilk yarısında "Şəki Siti"nin formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media