İngiltərənin "Kristal Palas" klubunun hücumçusu Jan-Filip Matetanın "Milan"a keçidinin baş tutmamasının əsl səbəbi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, fransalı futbolçunun İtaliya klubundakı tibbi müayinəsi zamanı dizində problem aşkarlanıb. Məhz bu səbəbdən klub transferdən imtina edib.
London təmsilçisinin futbolçu ilə birlikdə yaxın vaxtlarda cərrahi əməliyyatla bağlı qərar verəcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm 34 oyunda 10 qol vuran Mateta 2022-ci ildən "Kristal Palas"ın şərəfini qoruyur. O, ümumilikdə komandanın heyətində 186 matça çıxıb, 56 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media