Misli Premyer Liqasının 18-ci turu 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, “Neftçi”nin 2, “Karvan-Yevlax”, “Sumqayıt”, “Şamaxı” və “Qarabağ”ın isə 1 oyunçusu mövsümdə 4-cü sarı vərəqəsini alıb.
“Araz-Naxçıvan” üzərində böyükhesablı qələbə qazanan “Neftçi” (4:0) əvəzində Freddi Varqas və İqor Ribeyronun xidmətindən məhrum qalıb. Onlar “Qəbələ” ilə qarşıdakı matçı buraxmalı olacaqlar.
“Sumqayıt”da Keffel Resende “Zirə” ilə, “Karvan-Yevlax”dan Elvin Yunuszadə “Turan Tovuz”la qarşılaşmada heyətdə yer almayacaqlar.
“Şamaxı” – “Qarabağ” görüşündə isə hər komandadan bir nəfər iştirak ərizəsinə salınmayacaq.
Belə ki, Rikardo Apolinario “Şamaxı”ya, Marko Yankoviç isə “Qarabağ”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 19-cu turun oyunları 8-10 fevral aralığında keçiriləcək.
Bizim.Media