Fransa Liqa 1 təmsilçisi "Lion" hücum xəttini ukraynalı futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, klub Yunanıstanın "Olimpiakos" klubundan Roman Yaremçuku icarəyə götürüb.
Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Məlumata görə, Fransa klubu 30 yaşlı forvardın icarəsi üçün qarşı tərəfə 1,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2024-cü ilin yayından "Olimpiakos"da çıxış edən Yaremçuk cari mövsümdə 16 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol (hamısı Yunanıstan Kubokunda) və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Kiyev "Dinamo"sunun yetirməsi olan təcrübəli hücumçu karyerası ərzində "Gent", "Benfika", "Brügge" və "Valensiya" kimi klubların da şərəfini qoruyub.
Bizim.Media