"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Bizim.Media xəbər verir ki, günün ilk matçında Bakı təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Neftçi" 21 xalla 8-ci, Naxçıvan klubu 27 xalla 6-cı pillədə qərarlaşıb.
Turun son oyununda "Turan Tovuz" "Qarabağ"ın qonağı olacaq. Bu görüş saat 18:30-da başlayacaq. "Köhlən atlar" 36 xalla ikinci, ehtiyatda bir matçı da olan Tovuz təmsilçisi 30 xalla üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.
Bizim.Media