İtaliyanın "Milan" klubu əsas qapıçısı Mik Menyanla müqavilənin müddətini artırıb.
Bizim.Media xəbər verir ki, klub fransalı qolkiperlə yeni sözləşmə imzalayıb.
Tərəflər arasındakı yeni razılaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxan Menyan bunların 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Xatırladaq ki, 2021-ci ildən Milan təmsilçisində çıxış edən təcrübəli oyunçu ümumilikdə 188 matçda forma geyinib. O, komandası ilə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.
Bizim.Media