Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun ulduz hücumçusu Kərim Benzema komandasını dəyişməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb. Fransalı futbolçu ilə Türkiyə nəhəngi "Beşiktaş" yaxından maraqlanır.
İstanbul təmsilçisi ulduz futbolçunun müqaviləsinə xitam verilməsi üçün ərəb klubuna 3 milyon avro təklif etməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlar planlaşdırma mərhələsindədir.
Xatırladaq ki, Benzemanın "Əl-İttihad"la müqaviləsi 2026-cı ilin iyununa qədər olsa da, o, sözləşməni yeniləməkdən imtina edib.
Qeyd edək ki, təcrübəli hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 21 oyunda 16 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.
Bizim.Media