Madrid “Real”ı Çempionlar Liqasının ümumi mərhələsində maliyyə baxımından ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, “kral klubu” bu mərhələdə ümumilikdə 9,2 milyon avro itirib.
“Liverpul”, “Mançester Siti” və “Benfika”ya məğlubiyyətlər “Real”a 6,3 milyon avroya başa gəlib.
Bundan əlavə, son turda turnir cədvəlində 3-cü yerdən 9-cu yerə geriləmək Madrid təmsilçisinin daha 1,9 milyon avro itirməsinə səbəb olub.
Birbaşa 1/8 finala vəsiqə qazana bilməyən “Real” pley-off mərhələsinə yüksəldiyi üçün 2 milyon avro əvəzinə cəmi 1 milyon avro əldə edib.
Mənbə qeyd edir ki, əgər “Real” pley-off mərhələsində – 1/8 finala vəsiqə uğrunda oyunlarda mübarizəni dayandırarsa, klub daha 11 milyon avro itirə bilər. Bununla belə, ümumi mərhələnin yekununda “Real”ın qazancı 39 milyon avro təşkil edib.
Qeyd edək ki, pley-off mərhələsində “kral klubu”nun rəqibi “Benfika” olacaq.
Bizim.Media