"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev yeni paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının 8-ci turunda keçirilən "Liverpul" - "Qarabağ" qarşılaşmasından sonra Ağdam təmsilçisinin futbolçusu "Liverpul"un və Braziliya millisinin qapıçısı Alisson Bekkerlə xatirə şəkli çəkdirib.
Təcrübəli qolkiper həmin fotonu sosial media hesabında paylaşıb.
Xatırladaq ki, "Enfild" stadonunda keçirilən matç "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media