“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın ölkəsi Braziliyaya qayıtmaq variantı hələ də gündəmdədir.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Braziliyanın A Seriyasında çıxış edən bir neçə klub 28 yaşlı sağ cinah oyunçusunun transferində maraqlıdır.
Bildirilib ki, həmin klublar Silvanın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki oyunlarda sərgilədiyi performansı bəyəniblər. Bu üzdən onlar təcrübəli oyunçunu diqqət mərkəzində saxlayırlar.
Braziliyalılar Silvanın transferi üçün Azərbaycan çempionuna bəzi təkliflər göndərməyi planlaşdırırlar.
Qeyd edək ki, Mateus Silvanın “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Bizim.Media