“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

Nüfuzlu “Goal” nəşri “Dörd ay davam edən, 144 oyunun keçirildiyi UEFA Çempionlar Liqasının liqa mərhələsində kimlər qazandı, kimlər uduzdu?” başlıqlı yazı dərc edib.

Bizim.Media xəbər verir ki, məqalədə ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” ən yaxşılar sırasında göstərilib.

“Əsas mərhələ başlamazdan əvvəl “Qarabağ”ın turnirin ən zəif komandası olduğunu düşünürdük. Ötən mövsüm Avropa Liqasını sonuncu pillədə başa vuran bir kollektivin qitənin elitası ilə necə rəqabət aparacağını təsəvvür etmək çətin idi. Nadir hallarda belə yanılırıq. Amma bu dəfə yanıldığımıza görə sevinirik”, - deyə yazıda vurğulanıb.

Bildirilib ki, Azərbaycan çempionunun bütün məntiqləri alt-üst edən çıxışı liqa mərhələsinin startından sonunadək tamamilə qeyri-adi alındı. Nəşr xatırladır ki, Qurban Qurbanovun komandası ilk turda “Da Luş” stadionunda “Benfika”nı məğlub etməklə hər kəsi təəccübləndirdi.

Qeyd olunub ki, Mersisayd səfərində alınan ağır məğlubiyyət Ağdam klubunun uğuruna kölgə salmamalıdır: “Qurban Qurbanovun da qeyd etdiyi kimi, Azərbaycan təmsilçisi pley-offa yüksəlməyi tamamilə haqq edib. Baş məşqçinin sözlərinə görə, liqa mərhələsində keçirilən səkkiz oyunun ümumi mənzərəsinə baxdıqda komanda bir çox çətinliyi dəf edib”.

Yazıda vurğulanıb ki, VII turda Almaniyanın “Ayntraxt” klubuna qarşı qazanılan həlledici qələbə bunun ən dramatik nümunəsi oldu: “Qarabağ” matçın bitməsinə 10 dəqiqə qalmış 1:2 hesabı ilə geri düşdüyü halda, son saniyələrdə vurulan qələbə qolu Bakıda böyük sevincə səbəb oldu. Həmin anlarda Qurban Qurbanov və bir sıra futbolçular göz yaşlarını saxlaya bilmədilər. Məhz bu qarşılaşma idmanda gözlənilməzliyin həmişə mövcud olduğunu və favoritlərin şansı nə qədər yüksək olsa da, sürprizlərin qaçılmazlığını göstərdi”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hamamda yıxılan qadın 2 gün sonra VƏFAT ETDİ

Hamamda yıxılan qadın 2 gün sonra VƏFAT ETDİ

Üç övladı olan valideynləri sevindirəcək xəbər

Üç övladı olan valideynləri sevindirəcək xəbər

Azərbaycanın Türkiyədəki səfirliyi konsulluq xidməti göstərməyəcək – SƏBƏB

Azərbaycanın Türkiyədəki səfirliyi konsulluq xidməti göstərməyəcək – SƏBƏB

Cəmşid Əmirov MİDA-nın APARAT RƏHBƏRİ təyin olundu

Cəmşid Əmirov MİDA-nın APARAT RƏHBƏRİ təyin olundu

Xaçmaz və Şabranda qaz kəsiləcək – BU TARİXDƏ

Xaçmaz və Şabranda qaz kəsiləcək – BU TARİXDƏ

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

Nura Suri məhkəmədə UDUZDU

Nura Suri məhkəmədə UDUZDU

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

“Turan Tovuz”da CİDDİ İTKİ

“Turan Tovuz”da CİDDİ İTKİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

End of content

No more pages to load

RADİO