Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema komandadan ayrılmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Buna səbəb klubun hücumçuya verdiyi vədlərə əməl etməməsidir. 38 yaşlı oyunçu yeni müqavilə ilə bağlı apardığı danışıqları dayandırıb.
Kərim Benzemanın “Əl-İttihad” ilə sözləşməsi bu ilin yayında başa çatacaq.
Qeyd edək ki, Kərim Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.
Bizim.Media