Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda keçirilən “Benfika” – “Real” qarşılaşması həyəcanlı anlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, “Benfika”nın 4:2 hesabı ilə qalib gəldiyi matçda sonuncu qol 90+8-ci dəqiqədə vurulub.
Ən maraqlı məqam isə həmin qolun “Benfika”nın qapıçısı Anatoli Trubin tərəfindən vurulmasıdır.
Qeyd edək ki, Portuqaliya təmsilçisi məhz bu qolla növbəti mərhələyə yüksəlib. Belə ki, qol fərqini ikiyə yüksəldən “Benfika” “Marsel”i geridə qoyub və turnir cədvəlində 24-cü pilləni tutaraq, pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizim.Media